Mağazaların girişində spirt və tütünün yetkinlik yaşına çatmayanlara satışının qadağan edilməsinə dair elan yerləşdiriləcək

18-05-2018, 08:23           

Azərbaycanda etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir.



APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda əksini tapıb.



Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya əsasən belə bir qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru