Roza Zərgərli Mingəçevirdəki işindən QOVULDU

15-06-2016, 18:04           

Müğənni Roza Zərgərli Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrındakı vəzifəsindən kənarlaşdırılıb.

Bunu teatrın baş direktoru Səxavət Məmmədov deyib.

Direktor əvvəlcə sualımızdan qəzəblənib və bu barədə danışmaq istəməyib. Amma sonradan bildirib ki, Roza Zərgərli ilə yollarını 1 il əvvəl ayırmalı olublar: "Roza Zərgərli bir il müddətində bizim teatra quruluşçu rejissor vəzifəsinə təyin olunmuşdu. Həmin müddət ərzində Roza xanım 5 dövlət tədbirini təşkil etdi. "Xalidənin taleyi" adlı tamaşa da hazırlamağı planlaşdırmışdı, amma vaxt azlığından alınmadı. Lakin onunla müqavilə müddəti bitdiyindən vəzifəsinə xitam verildi. O artıq bizim teatrda işləmir". (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru