Antonio Banderas: "Keçirdiyim infarkt həyatımın ən yaxşı hadisəsi oldu"

Bu gün, 15:18           
Antonio Banderas: "Keçirdiyim infarkt həyatımın ən yaxşı hadisəsi oldu"
Hollivud ulduzu, aktyor Antonio Banderas 2017-ci ildə keçirdiyi infarktı həyatının ən yaxşı hadisəsi saydığını etiraf edib.

O, bu barədə "People" jurnalına müsahibəsində danışıb.

"Sanki kimsə gözümə eynək taxdı ki, əvvəllər görmədiyim reallığı görə bilim", - deyə o qeyd edib.

Banderas vurğulayıb ki, ölümə yaxın olmaq həyatda yer almağa layiq olmayan şeylərə vaxt sərf etməyin nə qədər axmaqlıq olduğunu xatırlatdı. İnfarktdan sonra o, siqareti tərgidib və doğma Malaqaya (İspaniya) qayıdıb.

Hazırda artist şəhərdə teatr sahəsini fəal şəkildə inkişaf etdirir - o, tamaşalar və müzikllər səhnələşdirilən "Teatro Soho CaixaBank"ın sahibidir. O, həmçinin yerli restoranlara da investisiya yatırır.

ABŞ-də uzun illər çalışmasına baxmayaraq, Banderas məhz İspaniyada özünü həqiqətən tam dəyərli hiss etdiyini vurğulayır.

"Los-Ancelesdə gözəl və həyəcanlı illər idi, lakin məndə həmişə bunun həmişəlik deyil, müvəqqəti bir şey olması hissi var idi. Bilirdim ki, mənim yerim Malibuda deyil, Malaqadadır", - deyə o bildirib.

Xatırladaq ki, Antonio Banderas 10 avqust 1960-cı ildə İspaniyanın Malaqa şəhərində polis zabiti və məktəb müəlliməsi ailəsində anadan olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru