İtaliyanın 27 iri şəhərində istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edildi

Bu gün, 16:18           
İtaliyanın 27 iri şəhərində istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edildi
İtaliya hökuməti anomal isti hava şəraiti səbəbindən 27 iri şəhərdə ən yüksək təhlükə səviyyəsi elan edib.

ANSA agentliyi xəbər verir ki, proqnozlara əsasən, bəzi bölgələrdə havanın temperaturunun 40 dərəcəyə çatdığı qızmar istilərin azı daha 10 gün davam edəcəyi gözlənilir.

"İtaliya Səhiyyə Nazirliyinin xəbərdarlıq sistemi çərçivəsində izlədiyi 27 iri şəhərin hamısı ölkədə bu il dördüncü isti dalğası fonunda ilk dəfə olaraq maksimum, "qırmızı" həyəcan səviyyəsinə keçib", - deyə agentlik məlumat verib.

Xüsusilə, ən yüksək təhlükə səviyyəsi Roma, Bolonya, Neapol, Milan, Venesiya, Verona, Florensiya, Peruca, Palermo, Bari, yəni praktiki olaraq ölkənin bütün iri turizm mərkəzlərində tətbiq olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru