Rusiya və Türkiyə Liviya məsələsində çox vacib rol oynayır - Aİ

15-01-2020, 06:59           
Rusiya və Türkiyə Liviya məsələsində çox vacib rol oynayır - Aİ
Rusiya və Türkiyə hazırda Liviya məsələsində çox vacib rol oynayır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Avropa Parlamentinin Strasburqdakı plenar iclasında deyib.

Liviyadakı qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftarın atəşkəs barədə sənədi imzalamadan Moskvadan ayrıldığını xatırladan Borell qeyd edib: "Liviyada atəşkəsin təmin olunacağına zəmanət verə bilərəm".

Borell, həmçinin Aİ-nin Liviya ilə bağlı Berlin prosesini dəstəklədiyini söyləyib:

"Bu gün avropalılar altı ay əvvəlkindən daha fəaldırlar, amma indi ruslar və türklər Liviya məsələsində çox vacib rol oynayır".

Onun sözlərinə görə, Liviya böhranı hərbi yolla həll edilməməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru