Türkiyənin özəl xəstəxanalarında COVID-19 xəstələrindən əlavə ödəniş alınmayacaq

9-04-2020, 06:59           
Türkiyənin özəl xəstəxanalarında COVID-19 xəstələrindən əlavə ödəniş alınmayacaq
Türkiyədə yeni növ koronavirusa (COVID-19) yoluxan xəstələrin müalicəsi "təcili hal" əhatəsinə daxil edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, səhiyyə sahəsində rəsmi qəbul edilmiş qərara əsasən, pandemiya xəstələrinin müayinə, diaqnoz və müalicə xidmətləri "təcili vəziyyət"ə daxil edilib. Yeni qərara görə, koronavirus infeksiyasına yoluxub özəl xəstəxanalarda müalicə olunan xəstələrdən əlavə ödəniş tələb edilməyəcək.

Tibbi bildirişdəki dəyişiklikdə, həmçinin göstərilib ki, koronavirus infeksiyalı xəstələrin dərmanları həmin xəstəxanalar tərəfindən təmin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru