Türkiyə ordusu bu ölkədə daha 18 ay qalacaq

23-12-2020, 00:08           
Türkiyə ordusu bu ölkədə daha 18 ay qalacaq
Türkiyə Böyük Millət Məclisi Prezident Administrasiyasından Türkiyə Silahlı Qüvvələrinin Liviyada qalma müddətinin uzadılması tələbini təsdiq edib.

KONKRET.az xəbər verir ki, millət vəkillərinin böyük səs çoxluğu ilə qəbul etdiyi qərara əsasən türk hərbçilərinin Liviyada qalma müddəti daha 18 ay qüvvədə olacaq.

Qeyd edək ki, Türkiyə Tripolidə Liviyanın Milli razılıq hökumətinə xüsusi təyinatlı dəstə, hərbi müşavirlər və hərbi texnika göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru