Məşhur modellər və tanınmış simaların narkotik testləri müsbət çıxdı
3-04-2026, 11:44
Türkiyədə tanınmış şəxslərə qarşı həyata keçirilən genişmiqyaslı narkotik istintaqı çərçivəsində aralarında məşhur model Didem Soydanın da olduğu 7 nəfərin analiz nəticələri açıqlanıb.
32gun.az bildirir ki, İstintaq orqanları tərəfindən aparılan tibbi ekspertiza nəticəsində Didem Soydan və digər 6 nəfərin testlərinin müsbət çıxdığı təsdiqlənib. Bu inkişafdan sonra sözügedən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi prosedurların başladılması və istintaq prosesinin davam etdirilməsi qərara alınıb. Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub və prosesin gedişatı ilə bağlı rəsmi qurumların araşdırmaları davam edir.