Türkiyə mənşəli nazirə PKK ittihamı

25-02-2017, 09:46           
Türkiyə mənşəli nazirə PKK ittihamı
Belçika Federal Hökumətində yoxsulluqla mübarizə, bərabər imkanlar, əlillər və elmi strategiyalardan məsul dövlət nazirliyinə Türkiyə mənşəli kürd siyasətçi Zühal Demir təyin edilib.

Cümə günü and içərək vəzifəsinə başlayan Demir yoxsulluqla mübarizə və bərabər hüquqlar məsələlərinin prioritetləri arasında olduğunu söyləyib.

Uğurunu ana və atasına borclu olduğunu söyləyən Demir, 1970-ci illərdə işçi olaraq Belçikaya gələn atasının tez-tez “burada şansınız var, qiymətləndirin” dediyini xatırladıb.

Zühal Demirin nazirlik vəzifəsinə təyin edilməsi Belçika mətbuatında da geniş yer alıb. Demir üçün “PKK yanlısı” yazan media qurumları Belçika mediası tərəfindən tənqid olunub.

“Het Belang van Limburg” qəzeti “atasının ölkəsi Demiri anlamır” başlığı ilə verdiyi xəbərdə Türk mediasını “ön yarğılı olmaqda” ittiham edib.

Zühal Demir də “Canvas” adlı xəbər proqramında bunları deyib:”Mən kürd kökənliyəm. Barış tərəfdarıyam. PKK-ya heç bir rəğbət bəsləmirəm. Kürd mənşəli olmağım PKK-lı olduğum anlamına gəlməz. Şiddət heç bir zaman həll yolu ola bilməz. Mən heç bir zaman PKK yığıncağına qatılmadım.”

Demir Türk mediasında yayımlanan peşmerge geyimləri içindəki qadının özü olmadığını vurğulayaraq, “bilərək və istəyərək başqa birinin fotoşəkilini mənimmiş kimi istifadə edirlər. Artıq sıxıldım, bunu edənlər üçün məhkəmə iddiası qaldıracağam” deyib.

Tunceli və Elazığ mənşəli ailənin üçüncü uşağı olan Zühal Dəmir 1980-ci ildə Belçikanın Genk şəhərində dünyaya gəlib. Leuven Universitetində hüquq təhsili alıb və 2001-ci ildə millət vəkili olaraq Belçika Federal Məclisinə seçilib.
16 ildir deputatı vəzifəsini davam etdirən Demir dəfələrlə “Belçikanın ən təsirli siyasətçisi” siyahısında yer alıb.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru