Prezidentin kürəkəni 15 milyonluq villasını sökdürür- Yerində yenisini tikdirir (FOTOLAR)

2-03-2017, 09:39           

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni, gənc milyarder Timur Kulibaev Londondan aldığı, kral ailəsinə məxsus «Sunninghl Park»dakı mülkü sökdürür.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kulibaev hazırda bu mülkün yerində yenisini inşa etdirir.

«The Daily Mail»in yazdığına görə, Timur Kulibayev Londondun 40 km.-liyində yerləşən «Sunninghl Park»ı 2007-ci ildə 15 milyon funt sterlinqə alıb.

Lakin mülk artıq dağıldığı və memari dəyərini qorumadığı üçün Kulibaev onu sökdürmək qərarına gəlib.

Buna qədər mülk 20 il II Yelizavetanın oğlu Endryu və gəlini Saraya məxsus olub.

«Sunninghl Park» 1986-cı ildə kraliçanın göstərişi ilə cütlüyə toy hədiyyəsi olaraq inşa edilib.

Cütlük 1996-cı ildə yollarını ayırsa da, mülkdən 2006-cı ilədək istifadə olunub.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru