Mövlud Çavuşoğlu İsveçrəyə səfərini təxirə salıb

12-03-2017, 10:17           
Mövlud Çavuşoğlu İsveçrəyə səfərini təxirə salıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçrəyə martın 12-nə planlaşdırılan səfərini qeyri-müəyyən müddətə təxirə salıb.
“Report” xəbər verir ki, bu barədə şənbə günü İsveçrənin ATS agentliyi Avropa Türk Demokratları Birliyinin İsveçrə bölməsi rəhbərinin müavini Münir Sarukana istinadən məlumat yayıb.
Sarukan səfərin hansı səbəbdən təxirə salındığını açıqlamayıb.
Sürix polisi də informasiyanı təsdiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru