Hollandiyaya "nasist parçası, bunlar faşistdir" deyən Ərdoğan - İslam dünyasını ayağa qaldırdı, ərəblər belə dilə gəldi - VİDEO

12-03-2017, 12:14           
Hollandiyaya "nasist parçası, bunlar faşistdir" deyən Ərdoğan - İslam dünyasını ayağa qaldırdı, ərəblər belə dilə gəldi - VİDEO
Hollandiyanın Türkiyəyə qarşı qeyri-diplomatik hərəkətləri ilə dünya siyasi kuluarlarında yeni böhran küləyinin ab-havası hiss edilir.

Hollandiyaya ən sərt təpki Türkiyədən sonra ərəb ölkələrindən gəlib.

Əl Cəzirə müxbiri bildirib ki, Qərb Türkiyəni böyük ölkələrin sıraına daxil edərkən, Əsəd Suriyanı dağıtdı, səsləri çıxmadı.

Orient Newsdan verilən açıqlamada isə deyilir ki, Qərbin istismarçı zehniyyəti hesab edir ki, müsəlman DAEŞ olmalıdır, Türkiyə kimi olmamalıdır.

Daha sonra Ərdoğandan gələn açıqlama bütün müsəlman dünyasını ayağa qaldırıb.

O deyib "Hollandiya, bir sıçrarsan, iki sıçrarsan amma biləsən ki, oradakı vətəndaşlarımız sizin təzgahınızı 16 apreldə pozacaqlar".

"Bundan sonra sizin təyyarələriniz Türkiyəyə necə gələcək? İstədiyiniz qədər təzyiq edin. İtədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin, bunların hamısı sizə tərsinə qayıdacaq. Bunlar nə siyasət bilir, nə diplomatiya, bunlar qorxaq, nasist parçası, bunlar faşistdir" sözləri ilə diqqət çəkib.

Faktor.az
[media=https://www.youtube.com/watch?v=zwZY9nTzpV0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru