Türk əsgərlərinə hücum: Şəhid və yaralılar var FOTO

20-07-2015, 22:13           

Türkiyənin Adıyaman vilayətində PKK terrorçuları türk əsgərlərinə hücum edib.

Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada bildirilir ki, terrorçularla jandarma qüvvələri arasında baş vermiş atışadan sonra bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.

Bildirilir ki, atışma zamanı bir əsgər şəhid olub, ikisi isə yaralanıb. Yaralıların son vəziyyəti barədə hələlik açıqlama verilmir.


Əsgərlərlə PKK terrorçuları arasında atışmalar davam edərkən əraziyə xüsusi təyinatlılar göndərilib.
ölgədə xüsusi təyinatlı qüvvələr əməliyyata başlayıb

Terrorçular döyüşə-döyüşə meşəyə çəkiliblər. Xüsusi təyinatlı qüvvələr bölgədə əməliyyatları davam etdirirlər. Hələlik müşədə terrorçuların sığındığı yerlər aşkar edilib. Burada çox sayda silah-sursat tapılıb.

Son məlumatlara görə, Türkiyənin Kilis vilayətində isə İŞİD terrorçu qruplaşmasının üzvü tutulub.

Ümumilikdə isə bu gün ərzində Suriyadan Türkiyəyə qeyri qanuni yollarla keçməyə çalışan 652, Türkiyədən Suriyaya keçəyə çalışan 2, İrandan Türkiyəyə keçən 9, Türkiyədən Yunanıstana qaçmaq istəyən 50, Bolqarıstandan Türkiyəyə gələn 3 nəfər saxlanılıb. (anspress)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]