Öz qarnına yemək yeyir, ayda 9 min dollar qazanır

4-08-2016, 08:03           
Öz qarnına yemək yeyir, ayda 9 min dollar qazanır
Cənubi koreyalılar internetdə sözün əsl mənasında pul qazanmağın asan yolunu tapıb. Gördüyünüz qızın adı Park Su Yundur, internetdə isə onu Diva adı ilə tanıyırlar. Divanın işi kamera qarşısında sadəcə yemək yeməkdən ibarətdir.

Onun hər gün 3 saat ərzində xımır-xımır yeməyi internetdə onlayn şəkildə yayımlanır və onun yemək yeməyinə minlərlə insan öz fərdi kompüterindən və ya internet salondan tamaşa edir.

Qeyri-adi yayımın tamaşaçıları, onunla çatlaşa və ya sonradan həqiqi pula çevrilə bilən, virtual şarlar yollaya bilər. Park Su Yun başqaları kimi qazancını gizlətmir, o bu yolla ayda 9 min dollara yaxın qazanc əldə edir. Onlayn yemək nümayişi o qədər uğurlu olub ki, o işlədiyi konsaltinq şirkətindən belə çıxıb. Özünün dediyinə görə, şou ona görə məşhurdur ki, bəziləri onun kimi çox yemək yeyə bilmir, digərləri isə evdə təkbaşına nahar etmək istəmir.

Statistika bu trendin belə yüksək olmasının əsl səbəblərini üzə çıxardır. Belə ki, Cənubi Koreyada evdə tək yaşayanların sayı son vaxtlar o qədər çoxalıb ki, 15 il ərzində belələrinin əhalinin üçdə birini təşkil edəcəyi proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru