BMT Trampın iddialarına belə cavab verdi

10-01-2026, 10:18           
BMT Trampın iddialarına belə cavab verdi
BMT-nin baş katibi Antonio Quterreş üzv dövlətləri özlərinin formalaşdırdığı beynəlxalq hüquqa hörmət etməyə çağırıb.

Bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ Prezidenti Donald Trampın beynəlxalq hüquqa ehtiyac duymadığı ilə bağlı fikirlərini şərh edərkən bildirib.

Düjarrik qeyd edib ki, Quterreşin mövqeyi bütün üzv dövlətlərə ünvanlanan mesajın daha da gücləndirilməsindən ibarətdir və bu mesaj beynəlxalq hüquqa, onu yaradan dövlətlərin özlərinin hörmət göstərməsinin vacibliyini vurğulayır.

Xatırladaq ki, yanvarın 8-də jurnalistlərlə söhbətində ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin məhdudlaşdırılmasını beynəlxalq hüquqla deyil, şəxsi əxlaq prinsipləri ilə əsaslandırdığını bildirib. Onun sözlərinə görə, beynəlxalq normaları nəzərə almağa ehtiyac duymur, çünki insanlara zərər vermək niyyətində deyil.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]