Britaniya Dövlət Xidmətinin rəhbəri istefa verib

13-02-2026, 15:44           
Britaniya Dövlət Xidmətinin rəhbəri istefa verib
Britaniya Dövlət Xidmətinin rəhbəri və Nazirlər Kabinetinin katibi Kris Vormold istefa verib.

Moderator.az xəbər verir ki, 500.000 dövlət qulluqçusundan ibarət heyətə rəhbərlik edən Vormold bu barədə öz açıqlamasında bildirib.

"Son 35 ildə dövlət qulluğunda xidmət etmək şərəf və imtiyaz olub. Nazirlər Kabinetinin katibi kimi ona rəhbərlik etmək isə ayrıca bir şərəfdir", - o deyib.

Baş nazir Kir Starmer Vormolda təxminən 40 illik xidmətinə görə təşəkkür edib və ona gələcəkdə uğurlar arzulayıb.

Qeyd edək ki, Britaniya mediasında 2024-cü ilin dekabr ayından bəri bu vəzifəni tutan Vormoldun Starmerlə fikir ayrılıqlarına görə istefa vermək qərarına gəldiyi barədə xəbərlər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru