Şimal dənizində təhlükəsizlik gücləndirilir:

13-02-2026, 12:08           
Şimal dənizində təhlükəsizlik gücləndirilir:
Niderland Müdafiə Nazirliyi mümkün genişmiqyaslı münaqişəyə hazırlıq məqsədilə hərbi potensialını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

TASS xəbər verir ki, müvafiq məlumat nazirliyin dövlət katibi vəzifəsini icra edən Qeys Teynmanın parlamentə göndərdiyi məktubda yer alıb.

Sənəddə bildirilir ki, nazirliyin yaxın planlarına Şimal dənizində təhlükəsizliyin monitorinqi üçün radar sistemlərinin sürətli şəkildə alınması, eləcə də yaralıların təxliyəsi üçün mobil xəstəxanalar kimi təchiz olunan zirehli texnika və ixtisaslaşmış qatarların əldə edilməsi daxildir.

Nazirlik rəsmisi vurğulayıb ki, bu tədbirlər silahlı qüvvələri potensial qlobal hərbi qarşıdurmaya uyğunlaşdırmaq və strateji əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyini artırmaq məqsədi daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru