İsveç Ukrayna üçün ABŞ silahlarının alınmasına 100 milyon dollar ayırıb İsveç Ukrayna üçün ABŞ silahlarının alınmasını həyata keçirən PURL təşəbbüsünə 100 milyon dollar (təxminən 84 milyon avro) vəsait ayırıb. Yenixeber.org: Bu barədə İsveç hökuməti məlumat yayıb.
Bildirilir ki, İsveç bu vəsaiti Niderland, Norveç və Böyük Britaniya ilə birlikdə ümumi dəyəri 500 milyon dollar olan birgə yardım paketinə töhfə olaraq verir.