İri texnologiya şirkətlərinin səhmləri ucuzlaşdı: ABŞ bazarı bir trilyon dollarlıq itki il üzləşdi

14-02-2026, 16:28           
İri texnologiya şirkətlərinin səhmləri ucuzlaşdı: ABŞ bazarı bir trilyon dollarlıq itki il üzləşdi
Fevralın 13-də nəhəng İT şirkətlərinin səhmlərinin dəyəri kəskin azalıb və bu səbəbdən ABŞ bazarı kapitallaşma baxımından bir trilyon dollar itirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Financial Express" nəşri verib.

Nəşrin məlumatına görə, investorlar texnologiya və nəqliyyat sektoruna aid qiymətli kağızlar da daxil olmaqla, riskli aktivləri kütləvi şəkildə satıblar. Bunun fonunda daha stabil hesab edilən aktivlərə - kommunal müəssisələrin və daşınmaz əmlak şirkətlərinin səhmlərinə tələb artıb.

Məsələn, "NASDAQ Composite" indeksi ticarət sessiyasının yekununda 2.03%, "S&P 500" indeksi 1.6%, "Dow Jones Industrial Average" indeksi isə 1.34% azalıb.

Fərdi kompüter istehsalı sektoru xüsusilə ciddi eniş yaşayıb. Buna səbəb Çinin "Lenovo" şirkətinin yaddaş çiplərinin çatışmazlığı səbəbindən tədarük zəncirində yaranan problemlər barədə xəbərdarlığı olub. Bu fonda HP şirkətinin səhmləri 4.5%, "Dell Technologies"in səhmləri isə 9% dəyər itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru