Orban Zelenskiyə cavab verib

15-02-2026, 09:43           
Orban Zelenskiyə cavab verib
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskinin Münhen Təhlükəsizlik Konfransında onu hədəfə alan sözlərinə cavab verib.

APA xəbər verir ki o, bu barədə özünün “X” hesabında qeyd edib.

“Əziz Volodimir, Ukraynanın Avropa İttifaqına qoşulmasına dəstək olaraq daha bir kampaniya çıxışı üçün çox sağ ol. Bu macarıstanlılara vəziyyəti daha aydın görmək üçün çox böyük kömək olacaq. Buna baxmayaraq, bir şeyi səhv anlayırsan: müzakirə mövzusu mən və ya sən deyilsən. Söhbət Macarıstan, Ukrayna və Avropanın gələcəyindən gedir. Məhz buna görə də siz Avropa İttifaqının üzvü ola bilməzsiniz”,- Orban Zelenskiyə cavab verib.

Qeyd edək ki, bundan əvvəl Volodimir Zelenski Münxendəki çıxışında Orbanın “öz qarnını şişirtmək” haqqında fikirləşdiyini, amma “Rusiya tanklarının Budapeştin küçələrinə qayıtmasının qarşısını almaq üçün ordunu böyütmək” barədə düşünmədiyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru