Misirdə 10 min illik sirr üzə çıxdı: Tarixə işıq salan nəhəng kəşf

15-02-2026, 12:58           
Misirdə 10 min illik sirr üzə çıxdı: Tarixə işıq salan nəhəng kəşf
Sinai yarımadasında (Misir) yerləşən nəhəng qaya formasiyasında tarixəqədərki dövrlərdən islamiyyət dövrünə qədər uzanan təxminən 10 min illik sənət nümunələri və simvollar aşkarlanıb.

"Haber Global" xəbər verir ki, eyni bölgədə yerləşən bu böyük qaya sığınacağı müxtəlif dövrlərə aid izləri özündə birləşdirir.

Misir Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən yayılan məlumata görə, Umm İraq platosunda daha əvvəl qeydə alınmamış, təxminən 100 metr uzunluğunda nəhəng arxeoloji sahə kəşf edilib. Təxminən 10 min illik tarixə malik olduğu müəyyən edilən bu ərazi bəşəriyyətin erkən sənət anlayışından yazılı mədəniyyət mərhələsinə qədər keçdiyi transformasiyanı əks etdirir.

Təbii mağaranın tavanında qırmızı piqmentlə çəkilmiş heyvan fiqurları və müxtəlif simvolların təxminən 10 min il əvvələ aid olduğu bildirilir. Bununla yanaşı, ərazidə sonrakı dövrlərdə bölgəyə gələn icmalara məxsus nəbati və ərəb dillərində yazılmış kitabələr də aşkarlanıb.

Mütəxəssislər bildirirlər ki, bu bölgə sanki "açıq səma altında muzey" xüsusiyyəti daşıyır. Rəsmilərin sözlərinə görə, sözügedən ərazi Misirin arxeoloji xəritəsinə əlavə edilən ən mühüm kəşflərdən biri hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru