Orbandan sensasion açıqlama: Avropa İttifaqı Macarıstanda hakimiyyəti dəyişmək istəyir

16-02-2026, 12:44           
Orbandan sensasion açıqlama: Avropa İttifaqı Macarıstanda hakimiyyəti dəyişmək istəyir
“Putin ətrafında təlaşın yaradılması primitiv və yüngül düşüncədir. Brüssel özü birbaşa təhlükə mənbəyidir”.

Gununsesi.info bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban fevralın 14-də Münhen Təhlükəsizlik Konfransındakı tərəfdarları qarşısında çıxışı zamanı söyləyib.

O, Avropa Birliyinin rəhbərliyini sərt tənqid edərək, azadlığı sevən hər kəsin Şərqdən yox, Brüsseldən qorxması gərəkdiyini deyib. Macarıstan baş naziri AB rəhbərliyini əsas rəqibi TİSZA partiyasının lideri Peter Madyara dəstəkdə ittiham edib. Onun sözlərinə görə, Madyarın populyarlığı Avropa Xalq Partiyasının lideri Manfred Veber və Avropa Komissiyasının sədri Ursula fon der Leyenə görə artır:

“Tam aydındır ki, neft biznesi, bankirlər və Brüssel elitası Macarıstanda hakimiyyəti yenidən formalaşdırmağa hazırlaşırlar. Onlar Macarıstanda Brüsselin tələblərinə heç vaxt yox deməyəcək adam görmək istəyirlər… Biz bilirik ki, əsas rəqiblərimiz macar müxalifəti yox, onların Brüsseldəki sahibləridir”.

Orban ilk dəfə deyil ki AB rəhbərliyini tənqid edir. Onun hökuməti Brüsselin Ukrayna və Rusiyaya yanaşmasına qarşı çıxır. Bu işdə Orbanı Slovakiya və qismən də Çexiya dəstəkləyir. Orbanı dəstəkləyənlər arasında həmçinin Avropanın ultrasağ hesab edilən siyasi birlikləri də var. AB-nin aparıcı simaları isə Orbanın bu ilin aprelində keçiriləcək seçkilər zamanı uduzacağına ümid etdiklərini dolayı yolla bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru