Ukrayna və ABŞ "Patriot"un alınması üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edib

17-02-2026, 15:14           
Ukrayna və ABŞ "Patriot"un alınması üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edib
16 fevral, 2026 [20:16]Ukrayna və ABŞ "Patriot"un alınması üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edib
Volodimir Zelenski
Ukrayna və ABŞ "Patriot" zenit raket kompleksi üçün raketlərin alınması məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə imkanını müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ senatorları Riçard Blumental və Şeldon Uaythausla görüşün yekunlarına dair sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, Kiyev Moskvaya təsir etmək üçün təzyiqdən başqa digər yollar görmür. O qeyd edib ki, Senatda sanksiyalar haqqında mühüm qanun layihəsinə baxılır və Ukrayna onun səmərəliliyinə ümid edir. Həmçinin Zelenski senatorları Rusiyanın Ukraynanın mülki obyektlərinə və xüsusilə ABŞ biznesinə endirdiyi daimi zərbələr barədə məlumatlandırıb.

"Rusiya pullarının onların öz terrorundan müdafiə üçün işləməsi tamamilə ədalətlidir və biz "Patriot" kompleksi üçün raketlərin alınması məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanlarını müzakirə etdik", - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru