Nikol Paşinyan evləndi

17-02-2026, 11:15           
Nikol Paşinyan evləndi
Ermənistan baş naziri Nikol Paşinyanla vətəndaş nikahında yaşadığı Anna Akopyan münasibətlərində yeni mərhələyə qədəm qoyublar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Anna Akopyan öz "Facebook" səhifəsində paylaşım edib.

"Əziz həmvətənlər, sizə bildirmək istəyirəm ki, mənim baş nazir Nikol Paşinyanla "vətəndaş nikahında olmağım barədə məsələ" bitdi. Hər kəsdən bu məsələ ilə bağlı diqqətli və düzgün davranış nümayiş etdirməyi xahiş edirəm. Təşəkkür edirəm", - deyə o, paylaşımda bildirib.

Akopyan bununla da Paşinyanla münasibətlərini VVAQ (Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) şöbəsində rəsmiləşdirdiklərini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru