Qonşusu Rusiyanın aktivlərini müsadirə edir - Moskvanın cavabı necə olacaq?

17-02-2026, 12:52           
Qonşusu Rusiyanın aktivlərini müsadirə edir - Moskvanın cavabı necə olacaq?
Estoniya hakimiyyəti Rusiyanın aktivlərini müsadirə etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsahkna "İzvestiya" qəzetinə verdiyi açıqlamada bildirib.

Nazir izah edib ki, Tallində Rusiyanın özəl aktivləri dondurulub. Estoniya və Ukrayna hazırda dondurulmuş Rusiya aktivlərindən Kiyevin ehtiyaclarını ödəmək üçün istifadə mexanizmi hazırlayır. Münaqişə bitərsə, zərər Haaqadakı beynəlxalq məhkəmələrdə qeydə alınacaq, Ukrayna Rusiyaya qarşı iddia qaldıracaq. Rusiya kompensasiya ödəməkdən imtina edərsə, dondurulmuş Rusiya aktivlərindən bu mexanizm vasitəsilə istifadə olunacaq.

Eyni zamanda, Tsahkna Rusiya fərdi şəxslərinin əmlakının tamamilə müsadirə edilməsi ehtimalını da istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru