"Daha təhlükəli o gəmini dənizin dibinə göndərən silahdır”- Xamenei

18-02-2026, 08:24           
"Daha təhlükəli o gəmini dənizin dibinə göndərən silahdır”- Xamenei
İranın ali lideri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edib.

Bizimesr.az xəbər verir ki, bu barədə Xameneinin “X” hesabında paylaşım olunub.

“Amerikalılar daim deyirlər ki, onlar İrana doğru hərbi gəmi göndəriblər. Əlbəttə, hərbi gəmi təhlükəli hərbi texnikadır. Lakin həmin hərbi gəmidən daha təhlükəli olan o gəmini dənizin dibinə göndərə bilən silahdır”, - Xamenei qeyd edib.

O həmçinin Trampın ABŞ ordusunun dünyanın ən güclü hərbi qüvvəsi olması barədə açıqlamalarına münasibət bildirib: “ABŞ prezidentinin sözlərinə görə, onlar dünyanın ən güclü hərbi qüvvəsinə sahibdirlər. Dünyanın ən güclü hərbi qüvvəsi bəzən elə ağır zərbə ala bilər ki, bir daha ayağa qalxa bilməz”.

Xatırladaq ki, bu gün Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru