Xamenei tapşırıq verdi: İran müharibəyə belə hazırlaşır

19-02-2026, 17:34           
Xamenei tapşırıq verdi: İran müharibəyə belə hazırlaşır
İran rəhbərliyi diplomatik danışıqların nəticəsiz qalacağı ehtimalını nəzərə alaraq mümkün hərbi ssenarilərə hazırlıq görür.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu The Wall Street Journal nəşri məlumat dərc edib.

Məlumata görə, rəsmi Tehran son dövrlər təhlükəsizlik tədbirlərini gücləndirib. Belə ki, ölkə daxilində hərbi qüvvələrin aktivliyi artırılıb, qərarvermə səlahiyyətləri daha geniş dairəyə paylanıb və strateji obyektlərin, xüsusilə nüvə infrastrukturlarının müdafiəsi möhkəmləndirilib.

Nəşrin yazdığına əsasən, hakimiyyət eyni zamanda daxili narazılıqların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini sərtləşdirir. Ekspertlər hesab edir ki, bu addımlar İran rəhbərliyinin mövcud vəziyyəti rejimin gələcəyi baxımından kritik mərhələ kimi qiymətləndirdiyini göstərir.

Analitiklərin fikrincə, rəsmi Tehran mümkün hərbi eskalasiyaya qarşı həm xarici, həm də daxili riskləri paralel şəkildə idarə etməyə çalışır. Danışıqların taleyi isə regionda təhlükəsizlik balansına birbaşa təsir göstərə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru