Kralın qardaşı saxlanıldı - "Epşteyn işi"nə görə

19-02-2026, 17:48           
Kralın qardaşı saxlanıldı -
"Daily Mail" qəzetinin yaydığı məlumata görə, Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə dair araşdırma çərçivəsində polis tərəfindən saxlanılıb.

Məlumata əsasən, keçmiş şahzadə 66 yaşını qeyd etdiyi gün vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək həbs edilib. Nəşr iddia edir ki, o, Böyük Britaniyanın ticarət nümayəndəsi kimi fəaliyyət göstərdiyi dövrdə Epşteynə məxfi məlumatlar ötürməkdə ittiham olunur.

Qeyd olunur ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı yeni sənədlər paketi dərc edib. Həmin materiallarda Endryu Mauntbatten-Vindzora bənzədiyi deyilən bir şəxsin fotoşəkilləri yer alıb.

BBC isə bildirir ki, yayılan görüntülərdəki interyer Epşteynin Nyu-Yorkdakı malikanəsinin daxili görünüşü ilə üst-üstə düşür.

Hazırda məsələ ilə bağlı rəsmi qurumların əlavə açıqlaması gözlənilir.

Xatırladaq ki, Endryu rəsmi olaraq keçmiş şahzadədir. 2022-ci ilin yanvarında, Ceffri Epşteynlə əlaqələri və ABŞ-da açılmış məhkəmə iddiaları nəticəsində uzun skandallardan sonra, kraliça II Elizabet ona kral hərbi titullarını və krallığı təmsil etmə icazəsini ləğv edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru