Putinin ideoloqundan SENSASİON çağırış - Ruslar döyüşmür, Moskvanı BOMBALAYIN!

19-02-2026, 17:21           
Putinin ideoloqundan SENSASİON çağırış - Ruslar döyüşmür, Moskvanı BOMBALAYIN!
“Rusiyalılar vuruşmaq istəmirlər. Moskvanın mərkəzinə dağıdıcı zərbələr endirilməlidir".
TEREF cebhe.info-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin ideoloqu kimi tanınan, avrasiyaçılıq ideyasının müəllifi Aleksandr Duqin deyib.

O, rusların döyüşmək istəməməsinə təəssüf edib və onları cəbhəyə göndərmək üçün ciddi hadisələr baş verməli olduğunu vurğulayıb. "Rusiyalılara baxdıqca, daha çox təəssüflənirəm. Bizə qələbə lazımdır. Ukrayna cəbhəsində və Rusiyanın yaxın onilliklərdə aparacağı bütün müharibələrdə qələbə qazanmalıyıq. Bizə səfərbərlik lazımdır. Amma çox sayda rusiyalı döyüşmək istəmir. Borcunu verməkdən yayınır, hansısa danışıqlara ümid edir, "Telegram" kimi axmaq bir şeyin bağlanmasına kədərlənirlər. Bunlara baxmaq iyrəncdir". Onun sözlərinə görə, bu vəziyyətdən iki çıxış yolu var: "Birinci yol səfərbərlik, qısa müddətdə milyonlarla insanın orduya çağırılmasıdır".

Duqin artıq bu variantı nəzərdə keçirmək üçün Putinə müraciət edib: “Amma ikinci çıxış yolu da var. Elə vəziyyət yarana bilər ki, rusiyalılar döyüşmək lazım gəldiyini anlayarlar. Yəni evdə qalmaqdansa, müharibədə ölməyin yaxşı olduğunu başa düşərlər. Belə vəziyyəti Moskvaya dağıdıcı zərbələr yarada bilər. Allah etməsin, Kreml də, tarixi binalar, mənzillər də ziyan görə bilər, insanlar küçədə ziyan görərlər. Hərdən Allaha dua edirəm ki, belə zərbələr olsun".

Siyasi ekspert Ramiyə Məmmədovanın Musavat.com-a bildirdiyinə görə, Rusiya qalib gələ bilmir və bu da özünü eyforik reaksiyalarla göstərir. Onun fikrincə, rus qoşunları Donbası ilhaq edə bilmədi, Donetski tam tutmağa bir neçə il döyüşmək lazımdır: “Bu da resursların tükənməsi deməkdir. Eyni zamanda, orduda motivasiya yüksək deyil. Ona görə Duqin qəzəblidir və rusiyalıların döyüşmək istəmədiyini etiraf edir. Çünki Rusiyada millətlər passiv şəkildə bu müharibəni boykot edirlər. Onlar bu savaşın heç bir ideoloji səbəbi olmadığını bilirlər. Bu, Putinin şəxsi müharibəsidir. Üstəlik, Rusiya əsas hədəflərinə çatmadı – Ukraynanı ittifaq dövlətinə çevirmək, NATO-nun genişlənməsini əngəlləmək və s.”

Ekspert hesab edir ki, Duqin bu çağırışı hirsindən edib: “Yəni qələbə yoxdur və müqavilə əsasında döyüşməklə nəticə olmayacaq. Rusiya prezidenti yanlış hesablama apardı. Ona elə gəlirdi ki, hərbi əməliyyatlar tezliklə uğurla başa çatacaq. Amma cəmi 5 gün sonra müharibənin beşinci ili başlayır. Rus ordusu isə böyük ölçüdə irəliləyə bilmir, çünki yorulurlar, resurslar azalır. NATO baş katibi düzgün təqdim etmişdi – ruslar özünü ayı kimi hiss edir, amma bağ ilbizi kimi irəliləyirlər. Bunu da Duqin artıq dolayısı ilə aciz şəkildə dilə gətirib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru