Yadplanetlilər reallığa çevrilir - ABŞ UNO ilə bağlı materialları açıqlamaq niyyətindədir

21-02-2026, 12:15           
Yadplanetlilər reallığa çevrilir - ABŞ UNO ilə bağlı materialları açıqlamaq niyyətindədir
ABŞ hökuməti yerdənkənar həyat formaları və uçan naməlum obyektlər haqqında sənədləri dərc etməyə başlayacaq.

Bu barədə Prezident Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.

"Böyük marağı nəzərə alaraq, müdafiə nazirinə və bütün müvafiq departamentlərə, agentliklərə yerdənkənar həyat formaları, naməlum anomal hadisələr və uçan obyektlərlə bağlı hökumət sənədlərinin, eləcə də bu çox mürəkkəb, lakin son dərəcə maraqlı və vacib mövzu ilə bağlı hər hansı digər məlumatın müəyyən edilməsi ilə yanaşı açıqlanması prosesinə başlamağı tapşıracağam", - deyə Amerika lideri yazıb.

O, əvvəllər iddia edib ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama bu yaxınlarda yadplanetlilərin mövcud olduğunu iddia edərkən məxfi məlumatları açıqlayıb.

Xatırladaq ki, Obama 14 fevralda yerli mediaya verdiyi müsahibədə yadplanetlilərin mövcud olduğunu iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru