"OpenAI" 100 milyardlıq investisiya cəlb etməyə hazırlaşır

21-02-2026, 15:54           
"OpenAI" 100 milyardlıq investisiya cəlb etməyə hazırlaşır
"OpenAI"nın 850 milyard dollardan artıq qiymətləndirmə ilə 100 milyard dollardan çox investisiya cəlb etmək üçün danışıqlar apardığı bildirilir.

Valyta.az xəbər verir ki, "Amazon"un 50 milyard dollara qədər, "SoftBank"ın 30 milyard dollar, "Nvidia"nın isə 20 milyard dollar həcmində sərmayə yatırması nəzərdə tutulur. "Microsoft"un da investisiya raunduna qoşulacağı gözlənilir.

İnvestorların şirkəti əvvəl gözlənilən 830 milyard dollardan daha yüksək dəyərləndirməsi "OpenAI"nin "ChatGPT" platformasında reklam imkanlarını test etməsi ilə əlaqələndirilir.

Şirkət hələlik yeni investisiya ilə bağlı rəsmi açıqlama verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru