İsveç vətəndaşlarına İranı tez tərk etməyi tövsiyə edib

21-02-2026, 11:18           
İsveç vətəndaşlarına İranı tez tərk etməyi tövsiyə edib
İsveç hökuməti regionda vəziyyətin pisləşməsi və mümkün eskalasiya riski ilə əlaqədar vətəndaşlarına mümkün qədər tez İranı tərk etməyi tövsiyə edib.

Oxu.Az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi sürətlə dəyişən təhlükəsizlik mühitinə diqqət çəkərək müvafiq xəbərdarlıq yayıb.

Bəyanatda vurğulanır ki, münaqişənin kəskinləşməsi halında ölkədən çıxış imkanları məhdudlaşa bilər. Bu səbəbdən İsveç vətəndaşlarına səfəri təxirə salmamaq və ölkəni mümkün qədər tez tərk etmək tövsiyə olunur.

İranda qalmağa qərar verən şəxslərə isə yüksək dərəcədə ehtiyatlı olmaq, təhlükəsizlik qaydalarına əməl etmək və rəsmi məlumatları diqqətlə izləmək məsləhət görülür.

Stokholmun bu çağırışı Vaşinqtonda Tehrana qarşı müxtəlif hərbi ssenarilərin nəzərdən keçirildiyi barədə yayılan məlumatlar fonunda səsləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru