İrana zərbə mərkəzi bu baza olacaq - Onlarla təyyarə axın edir

21-02-2026, 11:36           
İrana zərbə mərkəzi bu baza olacaq -
ABŞ İordaniyadakı Müvəffəq Salti Hava Bazasına 60-dan çox hərbi təyyarə yerləşdirib.

TEREF xəbər verir ki, məlumatı The New York Times (NYT) qəzeti peyk görüntüləri və uçuş məlumatlarına əsasən yayıb. Bildirilir ki, b, adətən orada yerləşən təyyarələrin sayından təxminən üç dəfə çoxdur.

Qəzet qeyd edir ki, təyyarələr həmçinin anqarlarda saxlanıla bilər. NYT-nin məlumatına görə, bazar günündən bəri bazaya ən azı 68 nəqliyyat təyyarəsi eniş edib. Bazada müşahidə edilən avadanlıqlar arasında beşinci nəsil F-35 qırıcı təyyarələri, dronlar və helikopterlər də var.

The New York Times qəzetinin məlumatına görə, bu hərbi quruculuq ABŞ-ın Müvəffəq Salti Hava Bazasını "İrana qarşı mümkün hücumların planlaşdırılması üçün əsas mərkəz" hesab etdiyini göstərə bilər.

Daha əvvəl İordaniya Baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfadi ölkəsinin İrana qarşı hərbi əməliyyatlar üçün platformaya çevrilməyəcəyini bildirmişdi. /Musavat.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru