Bukingem sarayı sabiq şahzadə Endryunun taxt-tac varisliyindən məhrum olunması fikrinə münasibət bildirib
22-02-2026, 12:18
Bukingem sarayı Böyük Britaniyanın sabiq şahzadəsi Endryunun kral varislik xəttindən çıxarılması planlarına etiraz etməyəcək.
Bu barədə "The Guardian" məlumat yayıb.
"Parlament keçmiş şahzadənin heç vaxt taxta çıxa bilməyəcəyini təmin etmək istəyirsə, Kral III Çarlz buna mane olmayacaq", - deyə nəşr bildirib.
Fevralın 19-da, özünün 66-cı doğum günündə saxlanılan və dindirilən Endryu kralın xəstəliyi və ya ölümü halında onun yerinə keçə biləcək şəxslərində siyahısında səkkizinci ailə üzvü olaraq qalır.
Onun varislikdən kənarlaşdırılması üçün yeni qanunvericilik tələb olunur və bu, Parlament üzvləri və kral tərəfindən dəstəklənməlidir,.