Yaponiyada "çılpaq festival"da altı nəfər xəsarət alıb - VİDEO

22-02-2026, 12:38           
Yaponiyada "çılpaq festival"da altı nəfər xəsarət alıb - VİDEO
Yaponiyanın Okayama prefekturasında keçirilən ənənəvi "çılpaq festival" zamanı baş verən sıxlıq nəticəsində azı altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü ağır vəziyyətdədir.

Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.
Sözügedən "çılpaq festival" kütləvi yarış formatında keçirilir. Burada yalnız bel bağı taxmış iştirakçılar məbəd kompleksinin ərazisində inanclara görə uğur gətirən "sinqi" adlı ağac çubuqlar uğrunda mübarizə aparırlar. Polisin məlumatına görə, sıxlıq məbədin baş zalında işıqlar söndürüldüyü və "sinqi"lərin sıx kütləyə atıldığı an baş verib. Festival təşkilatçılarının bildirdiyinə görə, bu il tədbirdə təxminən 10 min nəfər iştirak edib. Qeyd edək ki, Okayamadakı "çılpaq festival" ənənəsinin 500-dən çox yaşı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru