“Taliban”da parçalanma: Qətər qolunun rəhbəri istefa verdi

4-08-2015, 20:15           
“Taliban”da parçalanma: Qətər qolunun rəhbəri istefa verdi
“Taliban” lideri Molla Məhəmməd Ömərin ölüm xəbəri yayıldıqdan sonra hərəkat daxilində parçalanma meyilləri müşahidə edilməyə başlayıb.

APA-nın “CNN”ə istinadən verdiyi xəbərə görə, “Taliban”ın Qətər qolunun rəhbəri və Molla Ömərin ən sadiq tərəfdaşı olan Sayed Məhəmməd Tayab Agha daxili çəkişmələr üzündən istefa verdiyini açıqlayıb.

“Hazırda heç bir tərəfi dəstəkləmirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Molla Ömərin ölümündən sonra “Taliban” yeni liderin Molla Axtar Məhəmməd Mənsurun olacağını açıqlayıb. Lakin Molla Ömərin ailəsinə yaxın olan qruplar geniş tərkibli iclas keçirilmədən lider seçilməsinin düz olmadığını bildiriblər.

Bu arada məlum olub ki, Molla Ömərin ölümü təsdiqlənməzdən öncə “Taliban” nümayəndələri Pakistanda Əfqanıstan rəsmiləri ilə danışıqlar aparıblar. M. Mənsur isə əksinə Əfqanıstan hökuməti ilə danışıqlara getməyəcəklərini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru