Nemtsovun qızına milyon dollarlıq mükafat

5-08-2015, 11:03           
Nemtsovun qızına milyon dollarlıq mükafat
Rusiyada öldürülən müxalif siyasətçi Boris Nemtsovun qızı 1.1 milyon dollar mükafat alıb. Bu mükafat ona insan haqlarını və demokratiyanı dəstəklədiyi üçün verilib.

31 yaşlı Janna Nemtsovaya Lech Walesa həmrəylik mükafatını Varşavada təşkil olunan mərasimdə Polşanın prezidenti Bronislaw Komorowski və mükafat komitəsinin rəhbəri təqdim edib.

Həmrəylik mükafatı Polşanın xarici işlər naziri təsis edib.

Janna Nemtsova bu ilin fevralında atası Boris Nemtsovun Kreml yaxınlığında öldürlüməsindən sonra ölkəni tərk edib. İndi o Deutsche Welle-nin rus dilli xidmətində çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru