Fransa "Mistral"a görə Rusiyaya 1,2 milyard ödəmək fikrində deyi

6-08-2015, 15:01           

Fransa müdafiə naziri Lan-İv Le Drian “Mistral” tipli aviadaşıyıcılara görə Rusiyaya 1,2 milyard avrodan az məbləğ ödəniləcəyini bəyan edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Le Drianın sözlərinə görə, məbləğin konkret həcmi və müqavilənin əsas məzmunu parlamentdə müzakirə olunacaq. Ardınca isə sənəd hər iki ölkənin parlamentlərində ratifikasiya edilməlidir.
Qeyd edək ki, bir müddət öncə Kremlin mətbuat xidməti “Mistral” tipli aviadaşıyıcıların tikintinin dayandırılması barədə məlumat yayıb.
Xatırladaq ki, müvafiq saziş 2011-ci ildə Fransanın DCNS/STX ilə Rusiyanın “Rosoboroneksport” şirkətləri arasında imzalanıb. Fransa “Vladivostok” adlı ilk gəmini ötən ilin noyabrında göndərməli olsa da, Ukraynadakı hadisələr buna əngəl olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru