Gürcüstan qırıcı istehsalını bərpa etdi

12-08-2015, 00:15           

Gürcüstan Ge-31 “Bora” qırıcılarının istehsalına başlayıb.

Bunu Gürcüstanın “Həftənin Palitrası” qəzetinə müsahibəsində Nodar Beridze söyləyib.

Onun sözlərinə görə, “Ge-31” Rusiyadan gələn avadanlıqlar olmadan buraxılacaq:

“Təyyarənin radioelektronika sistemi və naviqasiyası onun mühərriki və katapultu kimi Qərbdən alınacaq. Daha dəqiq desək, onlar Fransa, İtaliya və Böyük Britaniyadan alınacaq”.

Qeyd edək ki, SSRİ dağıldıqdan sonra bu təyyarələrin modernləşdirilmiş forması İsrailin dəstəyi ilə buraxılırdı. Onun üçün bütün detallar Rusiyadan gətirilirdi. Lakin 2008-ci il müharibəsindən sonra bu avadanlıqların Gürcüstana Rusiyadan idxalı dayandırıldı.
/Aztoday/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru