Şimali Koreya raketlə vuruldu - Savaş başlayır

20-08-2015, 16:09           
Şimali Koreya raketlə vuruldu - Savaş başlayır
Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikası tərəfindən açılan atəşə artilleriya atəşi ilə cavab verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Renxap” agentliyi yayıb.

Agentliyin məlumatına görə, Şimali Koreyaya onlarla raket zərbəsi endirilib.

Az öncə Şimali Koreya ilə sərhəddə yaşanan insidentə görə Cənubi Koreya prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırmışdı.

Cənubi Koreya bir müddət öncə Şimali Koreya ilə sərhəddə səsgücləndiricilər yerləşdirmişdi. Bu səsgücləndiricilər vasitəsilə Seul Şimali Koreya əhalisi arasında Pxenyan rejiminə qarşı təbliğat aparmaq niyyətində idi. Səsgücləndiricilərin qoyulmasından sonra Şimali Koreyanın Müdafiə Nazirliyi onların sökülməyəcəyi təqdirdə məhv ediləcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru