Mahmudovla adı çəkilən rektor ölkədən gedib

17-11-2015, 22:28           
Mahmudovla adı çəkilən rektor ölkədən gedib
Hazırda xaricdəyəm. Rusiyada təhsillə bağlı keçirilən tədbirlərdə iştirak edirəm.

Bu sözləri Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyev seçkidən sonra Almaniyaya istirahətə getməsi haqda Axar.az-a daxil olan xəbərə münasibət bildirərkən deyib. Rektorun sözlərinə görə, qonşu ölkəyə üç gün bundan qabaq yola düşüb və universitetlərlə bağlı təşkil olunan konfransa qatılıb.
O, vətənə qayıdacağı tarixi açıqlamayıb.

Qeyd edək ki, Ə.Vəliyevin adı sabiq nazir Eldar Mahmudovla bank işində çəkilib. Bəzi saytlarda eks-nazirin əmisi oğlu Vüqar Mahmudovla Ə.Vəliyevin kürəkəni, “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyevin bankın işlərini birgə həyata keçirdikləri iddia olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru