Ramiz Mehdiyevin hakim qohumu yola salınır

27-10-2025, 09:00           
Ramiz Mehdiyevin hakim qohumu yola salınır
Nizami rayon Məhkəməsinin hakim Nəriman Hüseynqulu oğlu Mehdiyev üçün Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qardaşının oğludur.

Tribunainfo.az xəbər verir ki, son hadisələrdən sonra onun da hakimlikdən uzaqlaşdırılması gündəmə gəlib. Onun adı buna qədər bir sıra ədalətsiz məhkəmə qərarında çəkilib. Əmisinə dövlətə xəyanət ittihamı ilə cinayət işi açıldıqdan sonra hakim Nəriman Mehdiyevin də məhkəmə-hüquq sistemində qalması sual doğurur. Odur ki, onunla bağlı qərar veriləcəyi istisna edilmir.

Nəriman Mehdiyevin digər qardaşı polkovnik-leytenant Telman Mehdiyev isə Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]