Əli Kərimli haqda məqaləni bəyənən YAP-ın deputatı DANIŞDI - FOTO

27-10-2025, 12:22           
Əli Kərimli haqda məqaləni bəyənən YAP-ın deputatı DANIŞDI - FOTO
YAP-ın deputatı Müşfiq Məmmədlinin Əli Kərimli haqda məqaləni bəyənməsi haqda xəbərlər yayılıb. Bu barədə yenisabah.az saytı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “Facebook” hesabında jurnalist Rahim Hacıyevin məqaləsindən fotolar dərc edib. Bildirilib ki, “Əli Kərimli son bir ildə dünya mətbuatında zəfər yürüşündədir” adlı yazıda partiya sədri haqda çoxsaylı təriflərə yer verilib. Yeni Azərbaycan Partiyasının üzvü, YAP xətti ilə 55 saylı Siyəzən – Quba – Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədli isə bu paylaşımı bəyənib.

Globalinfo.az məsələ ilə bağlı millət vəkili ilə əlaqə saxlayıb.

M.Məmmədli xəbəri təkzib edib:

“Ulu Öndərin siyasətini dəstəkləyən bir partiyanın nümayəndəsi kimi heç zaman Əli Kərimli kimi Vətən xainləri ilə bağlı fikirlərə və onların düşüncələrinə dəstək verə bilmərəm. Onlara, nəinki fikir bildirmək, heç “layk” da etmərəm. Ümumiyyətlə, bu adamlar öz hərəkətləri ilə Azərbaycanın bir dövlət kimi formalaşmasını məhvə doğru sürükləməyə çalışan, hansısa siyasi xəttin tərəfdarları kimi hər zaman özlərini ifşa etmiş və ifşa etməkdə davam edən şəxslərdir. Bu xəbəri qəti şəkildə təkzib edirəm və bir daha bəyan edirəm ki, belə hal mümkün deyil!”

Müşfiq Məmmədli onu da əlavə edib ki, YAP-ın siyasətini qəti şəkildə dəstəkləyən, bu partiyada təmsil olunan bir deputat olaraq, belə hərəkətə yol verməsi mümkün deyil:

“Bir daha vurğulayıram ki, Azərbaycanda İlham Əliyevin siyasətinə heç bir alternativ yoxdur. Əli Kərimli kimi Vətən xainlərinin, ölkəmizi uçuruma sürükləyən şəxslərin arxasınca getmək nə mümkün olub, nə də mümkün olacaq”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]