Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ...

28-10-2025, 00:03           
 Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ...
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edildiyi vaxtdan bu yana BDU 71 satınalma müsabiqəsi keçirib.?
Reportyor.info xəbər verir ki, bu müsabiqələr üzrə satınalma müqavilələrinin maliyyə dəyəri 26 322 311,58 manat edir.
BDU-nun keçirdiyi tenderlərin qalibi seçilən bu şirkətlərin əhəmiyyətlinin hissəsinin adına heç bir yerdə rast gəlinmir. Yəni, BDU-dan iri məbləğli sifarişlər alan şirkətlərin çoxu tanınan biznes strukturlar deyil. Halbuki satınalma müsabiqələrində adətən kifayət qədər tanınan, maddi-texniki bazası layihələri icra etmək gücündə olan şirkətlər iştirak edir və qalib seçilib.
Konkret misallara keçək.
BDU-nun tenderlərində qalib gələn “Vest-LTD” QSC tender karlı kimi tanınır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, sözügedən şirkət 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46-da yerləşir. “Vest-LTD” QSC-nin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.
Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildə isə “Vest-LTD” şirkətinin təşkilati-hüquqi forması dəyişdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]