Bu sirri -xudanı açan yoxdur - Rəsmi qurumlar indiyədək niyə susur?

29-10-2025, 00:03           
Bu sirri -xudanı açan yoxdur - Rəsmi qurumlar indiyədək niyə susur?
Ramiz Mehdiyevin yayılan məktubunun tarixi, yeri və ünvanının açıqlanmaması mətndəki məlumatların etibarlılığı ilə bağlı yeni suallar doğurub.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Mehdiyev hadisəsi ümumilikdə bir çox müəmmalarla müşayiət olunur:

“Biz bunu dəfələrlə səsləndirmişik. Təkcə məktubun tarixi və ünvanı deyil, Mehdiyev məsələsinin bütün epizodlarında müxtəlif suallar var. Ən böyük problem isə yayılan məlumatların heç biri barədə rəsmi qurumların nə təsdiq, nə də təkzib açıqlamasıdır. Bu da ümumən prosesi şübhə altına alır,” – deyə Abbaslı vurğulayıb.

Partiya sədrinin sözlərinə görə, Mehdiyevin ev dustaqlığına cəlb olunması, Təhlükəsizlik Şurasından çıxarılması və dindirilməsi barədə iddialar yalnız media vasitəsilə gündəmə gəlir, lakin dövlət strukturlarının bu barədə heç bir rəsmi mövqeyi yoxdur.

“Biz istərdik ki, aidiyyəti qurumlar məsələ ilə bağlı mövqelərini bildirsinlər. Cəmiyyət bilməlidir ki, Ramiz Mehdiyev istintaqa cəlb olunubmu, Təhlükəsizlik Şurasının üzvüdürmü, doğrudanmı məktub yazıb, yoxsa bu da növbəti mediada yayılan təsdiqsiz məlumatlardan biridir,” – deyə Tural Abbaslı vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]