ŞOK!!! SOCAR 50+yaşda olan işçilərini də ixtisar etmək istəyir?! Araşdırılmasına,ciddi ehtiyac duyulur!

Dünən, 07:34           
ŞOK!!! SOCAR 50+yaşda olan işçilərini də ixtisar etmək istəyir?! Araşdırılmasına,ciddi ehtiyac duyulur!
SOCAR Heydər Əliyev adına Yeni Bakı Neftayırma Zavodunun (YBNEZ) 14 saylı laboratoriyasının laborantlarının müvafiq dövlət qurumlarına
Müraciəti
Biz, SOCAR Heydər Əliyev adına YBNEZ-nun 14 saylı laboratoriyasının laborantları, bir daha ümid edirik ki, bizi eşidəcəklər və bizə kömək edəcəklər deyə müraciət etməyə məcburuq.
Beş il əvvəl yazdığımız kimi, laboratoriyamızın rəhbərliyi dəyişəndən sonra bütün hüquq və qaydalarımız pozulmağa başladı. Mövcud rəhbərliyə illərlə təcrübə toplayan, peşəsini sevən əməkdaşlar yox, ali təhsilli və ✅ingilis dili bilən gənclər lazımdır.
Son 5 il ərzində iş rejimimizdə çoxlu dəyişikliklər baş verib. Bizə əvvəllər etmədiyimiz bir çox yeni analizləri öyrənmək tapşırılıb, lakin bu, heç yerdə sənədləşdirilməyib və əməkhaqqımızda da heç bir dəyişiklik edilməyib.
Biz uzun müddət səssiz qalıb rəhbərliyin bütün tələblərini yerinə yetirdik, ümid edirdik ki, zəhmətimiz dəyərləndiriləcək. Amma əməkhaqqımızın artırılmasını tələb etdiyimiz andan etibarən rəhbərlik tərəfindən təhdidlər başladı — imtahan verməsək, işdən azad olunacağımız bildirildi.
Rəhbərimiz Allahverdiyeva Leyla (hazırda SOCAR Downstream-də işləyir və ✅uyğun maaş alır) açıq şəkildə rəhbərliyin tapşırığını bizə çatdıraraq bildirdi ki, noyabrın 10–15-i aralığında hamı imtahan verməlidir. Öz gücünə inanmayan və ya qorxanlar isə kadrlar şöbəsinə müraciət edib cüzi maddi kompensasiya alaraq könüllü şəkildə işdən çıxa bilər.
Biz başa düşə bilmirik ki, SOCAR rəhbərliyi və digər aidiyyəti qurumlar öz işçiləri ilə necə bu cür davranır. Axı bir çoxumuzun pensiya yaşına çatmasına cəmi 5–10 il qalıb.
Biz də vaxtilə bu laboratoriyada gənc kimi işə başlamışıq və nə Birinci Qarabağ müharibəsi, nə İkinci Qarabağ müharibəsi, nə də pandemiya dövründə işimizi tərk etməmişik. Əksinə, maaşımızdan cəbhəyə yardım üçün vəsait ayırmışıq. Bəs indi bizi pensiyaya az qalmış küçəyə atanlar o vaxt harada idilər?
Görəsən, bu insanlar necə bu qədər allahsız ola bilərlər ki, qazandıqları pulların başqalarının göz yaşları və anaların nalələri üzərində qurulduğunu düşünmürlər? Unutmasınlar ki, bu pullar bir gün daş kimi ağır bir yükə çevriləcək.
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]