İran tərəfinin Bakıdan Naxçıvana ərzaq daşıyan 100-dən çox TIR-ın keçidinə icazə vermədiyi bildirilir.

Bu gün, 00:13           
İran tərəfinin Bakıdan Naxçıvana ərzaq daşıyan 100-dən çox TIR-ın keçidinə icazə vermədiyi bildirilir.
Sürücülərin sözlərinə görə, etiraz edənlər İran polisi tərəfindən hədələnir, pasportları əllərindən alınır.
Sürücülər deyirlər ki, 10 gündən çoxdur sərhəddə gözləyirlər:
“Naxçıvana ərzaq aparan 100-dən çox TIR İran Culfasında gözlədilir. Səs çıxaran kimi İran polisi gəlir, bizi hədələyir, pasportumuzi alıb qaytarmır. 10 gündən artıqdır buradayıq. Bunu qəsdən edirlər. Bizə deyirlər ki, Naxçıvanı acından qıracağıq”.
Sürücülərin sözlərinə görə, yük maşınları tentli və soyuducusuz olduğu üçün ərzaqlar isti havada yararsız hala düşmək üzrədir:
“Un, buğda, arpa və şəkər tozu gətiririk. Saxlanma temperaturu və şəraiti uyğun deyil. Hazırda isti havada yük məhv olmaq üzrədir. Ərzaq gətirən maşınlar dərhal buraxılmalıdır. Bu dünyanın hər yerində belədir. İran Culfasındakı gömrükçülərə deyirik, cavab verirlər ki, gözləyin. Özümüzü də səhralıqda gözlədirlər. Bu istidə cəhənnəm əzabı yaşayırıq”.
Gündəlik Naxçıvan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru