Vətənə sadaqətin və vətənə xəyanətin kəsişdiyi nöqtə..Məkan Azərbaycandır..
Bu gün, 00:09

Məmməd bəy Sulkeviç 161 Əliheydər Qarayev 130
....Adama təsir edən bilirsiz nədir?! Biri dünyanın o başından durub başqa millətdən olaraq Azərbaycan Cümhuriyyətini qorumağa gəlir və bunun üçün hətda adını və dinini dəyişir, digəri isə Bakıda sapı özümüzdən olan azərbaycanlı olaraq xəyanətlə milli satqınlığa yol verərək insanların öldürülməsinə əmrlər verərək Cümhuriyyətin yıxılması üçün topları parlamentə tuşlayır..
Biri öləndə "Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm. Əlvida!".deyir, digəri isə Rəsulzadəyə sənin gözünü çıxardaram deyrək təslim olmağı əmr edərək iki saat vaxt verir...
Amma onları doğum günlərindən başqa bir şey də birləşdirir. Onların hər iisi Azərbaycan kommunistləri tərəfindən öldürülür. M.Ə.Rəsulzadənin Ə.H.Qarayev haqqında “Sən bir güllə atmadan da xalqı məhv etdin, bir gün tovarişlər səni də güllələyəcəklər” cavabı doğru çıxır, həqiqət olur..
Bu gün AC dövründə Milli Ordumuzun düşünən beyni, bütün həyatı müharibələrdə keçən general-leytenant, ilk Baş qərargah rəisi, polyak əsilli Süleyman bəy Sulkeviçin öldürüldüyü gündür.

Bu gün Azərbaycan və Gürcüstanın parlamentlərinin deputatı, Ədliyyə və Əmək komissarı, Bakı İcraiyyə komitəsinin sədri, Hərbi dəniz komissarı Əliheydər Qarayevin doğum günüdür.
Belə. Söz sizdədir.
Baba Allahnəzərov

