ABŞ-də balıqçı köpəkbalığı tutdu və yırtıcını suya buraxdı - VİDEO

Bu gün, 11:38           
ABŞ-də balıqçı köpəkbalığı tutdu və yırtıcını suya buraxdı - VİDEO
ABŞ-nin Los-Anceles şəhərində yerləşən çimərliklərdən birində balıq tutan şəxs təsadüfən böyük bir köpəkbalığını quruya çıxarıb. Daha sonra o, heyvanın yenidən okeana qayıtmasına kömək edib.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, qeyri-adi hadisə Kaliforniya ştatındakı Santa-Monika körfəzi sahillərində baş verib.

Hadisənin şahidləri baş verənləri mobil telefonla lentə alıblar. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Kadrlarda balıqçının köpəkbalığını ehtiyatla yenidən suya buraxdığı əks olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru