Ukraynadan görünməmiş zərbə: bu ilin rekordu oldu – Rusiya detalları açıqladı

Bu gün, 11:51           
Ukraynadan görünməmiş zərbə: bu ilin rekordu oldu – Rusiya detalları açıqladı
“Ukrayna Silahlı Qüvvələrinin bölgələrə gecə hücumu bu ilin ən kütləvi hücumlarından biri olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Avqustun 2-nə keçən gecə Rusiyanın hava hücumundan müdafiə (HHM) qüvvələri ölkənin bir sıra regionları, eləcə də Azov və Qara dəniz akvatoriyaları üzərində 635 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vuraraq zərərsizləşdirdiyini bildirib. Bu, ilin əvvəlindən bəri ən kütləvi PUA hücumlarından biri olub.

Gecə ərzində vurulan PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Orlov, Rostov, Ryazan, Saratov, Tambov, Tula vilayətləri, Moskva bölgəsi, Krım Respublikası və Krasnodar diyarı üzərində aşkarlanıb”, – deyə bildirilib.

Bundan əvvəl ən iri hücumlardan biri iyulun 24-də qeydə alınmışdı. Həmin vaxt Rusiya HHM qüvvələri 571 Ukrayna PUA-sını vurduğunu açıqlamışdı. İlin ən böyük hücumu isə iyunun 26-da baş verib və Rusiya tərəfi həmin gün 660 pilotsuz uçuş aparatının məhv edildiyini bildirmişdi. Daha əvvəl iyunun 18-də 555, mayın 17-nə keçən gecə isə 556 PUA-nın vurulduğu açıqlanmışdı.

Rusiya tərəfi bildirir ki, Ukrayna Silahlı Qüvvələri demək olar ki, hər gün raket və pilotsuz uçuş aparatları ilə Rusiya ərazisindəki obyektlərə zərbələr endirməyə cəhd edir. Buna görə də ölkənin HHM sistemləri fasiləsiz döyüş növbətçiliyindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru